COP29

“Zirə”nin əleyhinə kobud səhvə yol verdi, 5 turdan sonra geri qaytarıldı

2 Mart 20:40 Problem 660
“Zirə”nin əleyhinə kobud səhvə yol verdi, 5 turdan sonra geri qaytarıldı

Azərbaycanlı futbol hakimi Fərid Hacıyevin cəza müddəti başa çatıb.

Gənc referi Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutan “Səbail” – “Zirə” qarşılaşmasında kobud səhvlə yadda qalmışdı.

İkinci hissənin gedişində Adil Nağıyevin cərimə meydançası daxilində Rüstəm Əhmədzadəyə etdiyi kobudluq zamanı VAR-da əyləşən İnqilab Məmmədov Fəridi epizoda baxmağa dəvət etsə də, Hacıyev həmin anda qayda pozuntusunun olmadığı əsas gətirməklə yanlış qərar vermişdi.

Hakimlərin təhlil iclası zamanı hakimin kobud səhvə yol verməsi sübuta yetirildiyindən, o, Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən 5 turluq cəzalanmışdı.

20-24-cü turlarda təyinat almayan Hacıyevə 25-ci turda təyinat verilib. O, “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti