COP29

"Onların cavabını gözləyirik, nə vaxt anlaşma olsa..."

1 Mart 03:40 Problem 236
"Onların cavabını gözləyirik, nə vaxt anlaşma olsa..."

"Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "İdman TV"nin direktoru Rövşən Binnətli "Formula 1" üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib.

"Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır.

Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik.

Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq".

Hazırda "Formula 1" üzrə Bəhreyn Qran-prisi start götürüb. Bu gün iki sərbəst yürüş gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"