“Braqa”nın kapitanı “Qarabağ”la cavab oyununu da buraxacaq?

21 Fevral 2024 08:20 Problem 1 285
“Braqa”nın kapitanı “Qarabağ”la cavab oyununu da buraxacaq?

“Braqa”nın futbolçusu Rikardu Orta Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçiriləcək cavab oyununu da buraxa bilər.

Sportinfo.az xəbər verir ki, zədəsini yenicə sağaldan kapitan meydana çıxmağa tam hazır deyil.

İddiaya görə, 29 yaşlı hücumçu Bakıya gətirilsə belə, matçda iştirakı sual altındadır. Baş məşqçi Artur Jorje aparıcı oyunçunu riskə atmaq istəmir.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk qarşılaşmada Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”