"Adana Dəmirspor"un prezidenti Şahruddin barədə qərarını açıqladı - VİDEO

20 Fevral 2024 16:00 Problem 12 874
"Adana Dəmirspor"un prezidenti Şahruddin barədə qərarını açıqladı - VİDEO

“Yaxşı qapıçıların həmişə belə səhvləri ola bilər. B

elə bir səhvə baxaraq, qapıçını günahlandırmaq düzgün deyil.

Şahruddin bizim çox yaxşı qapıçımızdır. Ondan gözləntilərimiz yüksəkdir. Dimdik ayaqdadır və qapımızdadır”.

Bu sözlər “Adana Dəmirspor”un prezidenti Murat Sancaka aiddir.

Türkiyə klubunun rəhbəri “Türkiyədən futbol” verilişinə bağlanaraq gündəmi dəyərləndirib.

“Sportinfo TV“nin aparıcı- eksperti Elçin Cəfərovun “Şahruddin son vaxtlar ciddi səhvlərə yol verir” sözünə Murat Sancakın cavabı maraqla qarşılanıb.

Belə ki, başqan Azərbaycan millisinin qapıçısına inandıqlarını söyləyib və fikrini belə tamamlayıb: “Şahruddin önümüzdəki matçda da ilk “11-lik“dəki yerini alacaq”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı