Yeni pandemiya ilə bağlı xəbərdarlıq etdi: "Gec və ya tez..."

13 Fevral 2024 08:10 Problem 825
Yeni pandemiya ilə bağlı xəbərdarlıq etdi:

“Bəşəriyyət gec və ya tez yeni naməlum “X xəstəliyi” ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır”.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanhom Qebreyesus Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

Baş direktor yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilmə ehtimalını vurğulayıb.

O, dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib:

“COVID-19-un nəticələri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı