PFL prezidenti Türkiyədən Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

11 Fevral 2024 01:50 Problem 883
PFL prezidenti Türkiyədən Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

“Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var:

“Dünəndən etibarən “Bona Dea Hospital”da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb.

Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM