“Neftçi”, “Qəbələ” və “Zirə” çətin duruma düşdü – Əsas adamları haradadır?

8 Fevral 2024 11:40 Problem 1 331
“Neftçi”, “Qəbələ” və “Zirə” çətin duruma düşdü – Əsas adamları haradadır?

8-9 fevralda ölkə kubokunda növbəti oyunlar keçiriləcək.

1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində yarımfinala yüksələcək komandaların adlarına aydınlıq gələcək.

Lakin bir neçə şəxs bu qarşılaşmaları kənardan izləmək məcburiyyətindədir.

Bunlar “Zirə”nin məşqçiləri Vüqar Məmmədlə Eltun Yaqublu, “Neftçi”nin tərcüməçisi Vüqar Əliyevdir. Adları çəkilənlər ötən mövsüm texniki zonadan qovulduğu üçün uzun müddətə cəzalanıb.

Futbolçulardan iki nəfərin qarşısında "qırmızı işıq" yandırılıb. “Araz-Naxçıvan”la Bakıdakı ilk görüşdə qırmızı vərəqə alan “Qəbələ”nin braziliyalısı Lukas Afriko cavab matçında iştirak etməkdən məhrum olub.

“Neftçi”nin yarımmüdafiəçisi Dieqo Valdes də cəzalı durumdadır. “Qaradağ Lökbatan” və “Sumqayıt”la ilk qarşılaşmada sarı vərəqə alan paraqvaylı futbolçu “kimyaçılar”la cavab matçını kənardan izləyəcək.

Fevralın 8-də “Zirə” – “Səbail”, “Qarabağ” – “Sabah”, bir gün sonra “Qəbələ” – “Araz-Naxçıvan”, “Neftçi” – “Sumqayıt” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı