“Əliyar Ağayeva ayıb olsun, bundan sonra hakimlikdən getsə yaxşıdır” - VİDEO

6 Fevral 2024 16:00 Problem 5 772
“Əliyar Ağayeva ayıb olsun, bundan sonra hakimlikdən getsə yaxşıdır” - VİDEO

“O, avrokuboklarda bu hərəkətə “qırmızı” verməsə, üstündən xətt çəkərlər, bir də Avropaya buraxmazlar”.

Bu iddia ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Premyer Liqanın 20-ci turunda keçirilən “Araz-Naxçıvan” - “Sumqayıt” matçını (1:1) idarə edən Əliyar Ağayevi “ağ yuyub, qara sərib”.

Bildirib ki, görüşün 32-ci dəqiqəsində “kimyaçılar”ın hücumçusu Kamran Əliyevi etdiyi kobudluqdan ötrü meydandan kənarlaşdırmayan FİFA referisi ən ağır tənqidlərə layiqdir:

“Onu nəinki Çempionlar Liqasının qrup mərhələsinin, heç Konfrans Liqasının seçmə mərhələsinə buraxmazlar. Əliyar doyub, sanki daha kimlik etməyə həvəsi qalmayıb”.

C.Rzayevin fikirlərinə qatılan verlişin eksperti Emin Abbasov deyib: “Bu, bir hakim üçün çox ayıb epizoddur.

Əliyar Ağayev bundan sonra hakimlikdən getsə yaxşıdır. Onu elə bil, məcburi surətdə hakimliyə vadar edirlər”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti