“Bizdə problem çoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin U-19 komandasının qapıçılar üzrə məşqçisi Ülvi Xəlilzadə deyib.
“Başakşehir”də 10 güblük təcrübə keçən mütəxəssis iki ölkə arasında müqayisə apararkən, arada böyük uçurum olduğunu etiraf edib:
“Mən “Başakşehir”də gördüyüm ifrastrukturla bizim klublarda olanı müqayisə etsəm, düzgün olmaz. Onlarda qapıçıların inkişafı üçün bütün müasir şərait var.
Məşqlərin və oyunların video-analizi olur. Məşqlərdə ən müasir texniki avadanlıqlardan istifadə olunur.
Problemlərdən çox danışmaq istəmirəm. Biz də öz imkanlarımız daxilində yaxşı işlər görməyə çalışırıq.
Bütünü çətinliklərə baxmayaraq, düşünürəm ki, yaxın gələcəkdə Kamran Ağayev kimi qapıçılarımız yetişəcək”.

