Tanınmış futbol adamı klublardan şikayətləndi: "Nə xəbər edirlər, nə təzminat ödəyirlər"

5 Fevral 2024 15:00 Problem 693
Tanınmış futbol adamı klublardan şikayətləndi: "Nə xəbər edirlər, nə təzminat ödəyirlər"

«Premyer Liqanın bəzi klubları gördüyümüz işlərə qiymət vermir, məsuliyyətkənar davranırlar».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri, İCBFA-nın vitse-prezidenti Yaşar Seyidov deyib.

O, idarə etdiyi akademiyanın müəyyən problemlərlə üzləşdiyini söyləyib.

Tanınmış futbol adamı bildirib ki, İCBFA indiyədək bir çox istedadlı uşaq və yeniyetmənin yolunu açıb, lakin onlardan «oğurluq» hallarının sayı son vaxtlar xeyli artıb:

«İCBFA ianə hesabına fəaliyyət göstərir. Başqa heç yerdən gəlirimiz yoxdur.

Bütün xərclərimizi ianə hesabına qarşılayırıq. Əlbəttə, belə vəziyyətdə işləmək çətindir.

Təəssüf ki, min bir məhrumiyyətlə yetişdirdiyimiz, çətinliklə üzə çıxardığımız yeniyetmə və gəncləri başqaları götürüb aparır. Nə bizə əvvəlcədən xəbər edirlər, nə də təzminat ödəyirlər.

Biz qaydaları əsas götürüb, onların önünü kəsə bilərik. Sadəcə, o yeniyetmə və gənclərin gələcəyini nəzərə alıb, çox vaxt sakit davranırıq.

Amma belə iş olmaz axı. Hər şeyin bir həddi var. bu qədər özbaşınalığa yol verilməməlidir.

Heç olmasa, həmin klublar İCBFA-dan xeyir-dua alsın, maraqlansın ki, nə kömək edə bilərik?

Futbolçunu bizdən xəbərsiz götürüb aparırlar, sonra da valideynləri bura göndərirlər ki, xahiş-minnət edib, transferə razılıq verək.

İCBFA sosial layihədir. Akademiyanı yaratmaqda məqsədimiz yeniyetmə və gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, idmanı onlara sevdirməkdir.

Fəaliyyət göstərdiyimiz bu illər ərzində yüzlərlə uşağı futbola qazandırmışıq. Hazırda 10 yaş qrupu üzrə komandamız var. 10-dan artıq yeniyetmə və gənc «Dinamo»nun heyətində II Liqada özünü göstərmək imkanı əldə eləyib.

Azərbaycanda ikinci belə akademiya yoxdur ki, həm ianə hesabına fəaliyyət göstərsin, həm də futbola bu qədər böyük xidmət göstərsin».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı