Qərbdən təlimat alan Paşinyan Azərbaycana BU MESAJI ötürür - ŞOK əmr üzə çıxdı

25 Mart 2023 03:40 Problem 562
Qərbdən təlimat alan Paşinyan Azərbaycana BU MESAJI ötürür - ŞOK əmr üzə çıxdı

Xəbər verdiyimiz kimi, Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, müdafiə naziri Suren Papikyan nazirliyin bölmələrində "Artsax Respublikası" ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb.

Nəşrin xəbərinə əsasən, nazirin əmrində yazılıb: ""Artsax Respublikası" sözünü leksikondan çıxarmaq, yalnız "Dağlıq Qarabağ" sözlərindən istifadə etmək lazımdır".

Politoloq Samir Hümbətov musavat.com-a açıqlamasında bildirib ki, bu, birbaşa Papikyanın deyil, Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilən bir addımdır.

thumb.jpg (316 KB)

"Görünür, bu addımla Azərbaycana mesaj ötürmək istəyir ki, biz artıq öz rəsmi sənədlərimizdən "artsax" sözünü çıxarmışıq, "Dağlıq Qarabağ" ifadəsini işlədirik. Bu da Azərbaycan üçün qəbul olunan deyil. Ermənistan bir neçə addım atmalıdır ki, danışıqlar prosesində real nəticə əldə edilə bilsin. Hesab edirəm ki, bu cür yazışmanın getməsi Paşinyan tərəfindən aparıldığı üçün burada hər hansı ciddi narahatlıq hiss edilməyəcək. Görünür, əmr məhz sülh danışıqları prosesinin aparılması üçün Qərb tərəfindən Paşinyan hakimiyyətinə verilən təlimat əsasında aparılıb. Həmin təlimata uyğun olaraq Papikyan bu cür addımların atılmasını gizli də olsa, əmr kimi qərarlaşdırıb", - S.Hümbətov vurğulayıb.

"Məxfi əmr Papikyanın istefasına gətirib çıxara bilərmi?" sualına politoloq belə cavab verib:

"Düşünürəm ki, Suren Papikyanın indiki halda istefaya gedəcəyi real deyil. Real olması üçün Nikol Paşinyan onun istefasını istəməlidir. Hesab edirəm ki, Paşinyanın ona dəstəyi var. Nikolun xəbəri olmadan bu addım atıla bilməz".

Digər Xəbərlər
Xəbər Lenti