Bir vaxtlar "Xəzər Lənkəran"ın "Fırtınalar meydanı" olan məkandan FOTO(REPORTAJ)

23 Mart 2023 18:00 Problem 1 711
Bir vaxtlar "Xəzər Lənkəran"ın "Fırtınalar meydanı" olan məkandan FOTO(REPORTAJ)

Bir neçə gün əvvəl şəxsi işlərimlə bağlı Lənkərana səfər etmişdim.

Futbol adamı olasan, bu rayona qonaq gedəsən və Lənkəran Şəhər Stadionuna baş çəkməyəsən.

Təbii ki, üçü bir arada mümksünsüz bir şeydir.

Açığı, cənub bölgəsinin əzəmətli futbol məbədənin sarsılan ruhunu heç görmək istəmirdim.

Amma acı da olsa, gördüm.

Tarixin yaddaşına köçən komanda kimi onun fotoları da Lənkəran küçələrindən silinməkdədir.

Arena ilə üzbəüz divarlara vurulmuş fotoların tanınmaz hala düşməsi an məsələsidir. Hələki bizim kimi stajlı futbol adamları birinin başından, birinin ayağından kimin kim olduğunu aid edə bilir.

Birvaxtlar bilet almaq üçün izdiham yaşanan satış məntəqəsinin divarları isə adamın üzərinə gəlir.

Arenanın qapıları taybatay açıqdır. Sahibsiz meydanı hər kəs ziyarət edə bilər. Amma hər addımda pas atan dəmirlər, kol-kos basan asfalt örtüyü insanı kədərləndirməməsi mümkün deyil.

Klubun atributlarının satıldığı fan-şopun sadəcə örtüyü qalıb. Almağa nəsə yoxdur, almaq istədikləriniz atributların fotolarına, sadəcə baxıb keçməklə təsəlli tapa bilərsiniz.

Ev oyunlarına o qədər azarkeş gələrdi ki, əlacsızlıqdan tamaşaçıların böyük qismi ayaqüstə qalardı. Sektorların arasına, pilləkənlərə cəm olardılar. Bu gedişlə yaxın gələcəkdə oturmağa oturacaq qalmayacaq. Plastik oturacaqların böyük qismi sıradan çıxıb.

Oyun meydanı baxımsızlıqdan otlaq sahəsini xatırladır.

Birvaxtlar Mirça Rednik, Con Toşak, Mustafa Dənizli kimi böyük adlara qucaq açan mətbuat zalı sükuta qərq olub. Qıfıllı qapısı hər kəsin üzünə bağlanıb.

Qısa tarixdə az uğurları olmayan “ağ yaşıllar”ın muzeyi əlindəkə kuboklara sarılıb, keçmiş günlərin xiffətin çəkir.

Futbol məbədinin istilik sitemini də ruhu kimi qoparıb yerindən çıxarıblar.

Ümid edək ki, bugünkü durğunluq dövrü uzun çəkməyəcək və çox yaxın zamanda Lənkəran futbolunun üzərini alan qara buludlar yerini günəşli günlərə verəcək.

Çünki bu şəhər alışıb-yanan futbol eşqi ilə günəşli, işıqlı, kuboklu futbol günlərin haqq edir.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!