Xankəndidən çıxmağa onlar imkan vermirlər

28 Yanvar 2023 12:30 Problem 477
Xankəndidən çıxmağa onlar imkan vermirlər

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət formalaşıb.

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Müxalif qrupların öz motivləri var. Onların bəziləri Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir. Onlar Paşinyanın hakimiyyətinə təhlükə yarada biləcək Vardanyanın Xankəndidən İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər”, - mənbə bildirib.

Qeyd olunub ki, Vardanyandan narazıların daha bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir:

“Ruben Vardanyan onların hamısının "işlərinin" öyrənilməsini tapşırıb və cinayət işlərinin əsasını təşkil edə biləcək çoxlu ifşalar əldə edilib.

Ona qarşı çıxanların digər qrupu isə müxtəlif təşkilatları təmsil edənlər və Vardanyanın gəlişi ilə işini, gəlirini itirəcək olanlardır".

Bu versiya kifayət qədər inandırıcıdır. Çünki hələ əvvəldən də deyilirdi ki, Vardanyanın Xankəndinə yerləşməsi müvəqqətidir, onu Rusiya Ermənistanda Nikol Paşinyanın yerinə hazırlayır.

Xankəndidə “reytinq” yığmaq üçün gələn Vardanyan isə burada gözləmədiyi tələyə düşdü və Laçın yolunda aksiyanın başlaması ilə milyarderin olub-qalan nüfuzu yerlə bir oldu.

İndi də Bakının tələbi ilə Vardanyanın Xankəndidən çıxmasını əngəlləyirlər ki, Ermənistana gəlib orada müxalifətin lideri olmasın.

Digər Xəbərlər
Xəbər Lenti