"Bu, qələbə yolunda mühüm addımdır"

26 Yanvar 2023 12:10 Problem 308
"Bu, qələbə yolunda mühüm addımdır"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Cozef Baydenə göstərdiyi tank dəstəyi ilə bağlı təşəkkür edib.

Zelenski bununla bağlı sosial media hesabında bildirib.

"ABŞ Prezidenti Co Baydenə Ukraynaya tankları vermək üçün göstərdiyi güclü iradəyə görə təşəkkür edirəm. Biz ABŞ xalqına dəstəyinə görə minnətdarıq.

Bu, qələbə yolunda mühüm addımdır. Azad dünya Ukraynanı müstəqil etməyə hazırdır. Biz hər zamankından daha çox birləşmişik”, - deyə Zelenski vurğulayıb.

ABŞ Ukraynaya 31 M1 Abrams tankı göndərəcəyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"