Millimizin sabiq legionerini Bakıya buraxmırlar – AFFA-dan xahiş edir ki... FOTO

28 Sentyabr 2022 20:40 Problem 2 140
Millimizin sabiq legionerini Bakıya buraxmırlar – AFFA-dan xahiş edir ki... FOTO

Azərbaycan millisinin sabiq üzvü Andre Ladaqa Bakıya gələ bilmir.

İllər öncə ölkəmizdə çıxış etmiş braziliyalı müdafiəçi şəxsi işləri və Bakını gəzmək məqsədi ilə paytaxtımıza səfər etmək istəsə də, buna nail ola bilmir.

Səbəb Braziliyadan Azərbaycana gəlmək üçün viza ala bilməməsidir. Ladaqa bununla bağlı bir neçə dəfə səfirliyə müraciət etsə də, ona vaxtilə verilmiş Azərbaycan pasportunun vaxtının bitdiyi bildirilib.

Səbəbkar səfirlik əməkdaşlarına vaxtilə Azərbaycan yığmasında oynadığını da bildirib. Bu da dərdinə dərman olmayıb.

İndi o, AFFA rəhbərliyindən kömək istəyir. Andre assosiasiyanın məsələyə qoşulmasını xahiş edir ki, səfirliklə məktublaşma əsasında ona viza verilsin.

Andre Ladaqa 2004-2008-ci illər aralığında şərəfini qoruduğu “Bakı”nın heyətində Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub.

Azərbaycan yığmasında meydana çıxdığı 13 oyunda isə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti