Qarabağ ermənilərinə müraciət etdi: Vaxtdır!

18 Avqust 20:30 Problem 4 738
Qarabağ ermənilərinə müraciət etdi: Vaxtdır!

Məhz Azərbaycan daxilində Qarabağ bölgəsinin erməni əhalisi normal həyat sürə biləcək.

Bəs separatçılar və ya İrəvan onlara nə verə bilər?!

Yoxsulluq və durğunluqdan başqa heç nə. İnsanlar bunu başa düşdülər. Onlar dərin yuxudan oyandılar.

Bu fikirləri tanınmış israilli politoloq Mixail Finkel bölüşüb.

“Ermənilərin onlara Azərbaycan vətəndaşlığının verilməsi xahişi ilə rəsmi Bakıya üz tutması onu deməyə əsas verir ki, ermənilər nəhayət həm qələbə, həm layiqli və təhlükəsiz həyat, həm də övladları üçün perspektivlərin onlara yalnız Azərbaycanın verə biləcəyini və qorxduqları “qəzəbli türklər” haqqındakı nağılların hamısının hiylə, saxtakarlıq və təbliğatdan başqa bir şey olmadığını dərk edirlər. Onlar başa düşürlər ki, əslində, Azərbaycan tolerant ölkədir və heç vaxt erməni ideoloqlarının ona aid etdiklərini etməyib”, - ekspert qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti