Legionerlər bu rayonda futbol oynamaqdan QORXURLAR!

9 Avqust 2022 09:40 Problem 1 409
Legionerlər bu rayonda futbol oynamaqdan QORXURLAR!

9 il sürən intizar bitdi. Nəhayət, Tovuz Premyer Liqa ailəsinin bir üzvüdür.

Bu münasibətlə rayonun bütün əhalisini, futbolsevərləri təbrik edirəm! «Turan»ın sağ əli futbola həsrət qalmış qonşu rayonların başına!

Əlbəttə. Ayxan Abbasov bu dönüşü qələbəylə qeyd etməyi çox arzulayırdı. O, saydığını saysın, gör. Piruzi Marakvelidze və Eltun Turabov nə sayır!

Gürcü yarımmüdafiəçi ilk yarımsaatın tamamında lüzumsuz yerə konq-fu fəndi işlədib, qarışısnda qırmızı vərəqə gördü.

Meydanda azlıqda qalan «Turan» 58 dəqiqə dözdü, Turabovun topa əllə müdaxiləsi oyunu «söndürdü». Penalti vuruşunu qola çevinən İsnik Alimi «Qəbələ»nin 3 xal yolunu açdı, Rafael Utrix son nöqtəni qoydu.

VAR vasitəsilə verilən iki qərar «Turan»ı axır dəqiqələrə kimi öz məngənəsində sıxdı. Yalnız hakimin final fitinə yaxın fəallaşdılar, qonaqların qapısına tərəf getdilər, hətta bir-iki real fürsət yaxaladılar, qol isə olmadı.

Tamamilə yenilənmiş, ötən mövsüm I Divizionda 9-cu yeri tutmuş komandadan bir nəfəri əsas heyətdə yer almayan «Turan» bir yandan əzmkar, digər tərəfdən «dişsiz» təsir bağışladı.

Ayxan Abbasov ürəyindən keçən bütün futbolçuları «Turan»a yığmayıb. Özəlliklə legioner bazarında atdığı oxlar hədəfdən yan ötüb.

Əcnəbilər Ermənistanla sərhəddə yerləşən rayondan aldıqları təklifi qəbul etməyə tərəddüdlə yanaşır.

Dəvəti geri çevirməyənlərin səviyyəsi isə yetərsizdir. Hər halda gürcülərdən biri komandanı çətin durumda buraxdı, digər isə «dartmadı», fasilədə əvəzləndi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti