“Rusiya ilə müharibəyə hazır olmalıyıq” – Baş qərargah rəisindən ŞOK AÇIQLAMA

29 İyun 2022 17:30 Problem 1 218
“Rusiya ilə müharibəyə hazır olmalıyıq” – Baş qərargah rəisindən ŞOK AÇIQLAMA

“İngiltərə Rusiyadan gələn təhlükəni nəzərə alaraq, müharibəyə və qalib gəlməyə hazır olmalıdır”.

Bunu İngiltərə Silahlı Qüvvələrinin baş qərargah rəisi Patrik Sanders deyib.

Onun sözlərinə görə, Rusiya ekspansionizmini cilovlamaq üçün sürətli hərəkət etməyə hazır olmaq lazımdır. Sanders Rusiyanın Ukraynadakı işğalını nasist Almaniyasının yüksəlişinə bənzədib.

“Müharibədə deyilik. Amma sürətli hərəkət etməliyik ki, regional toqquşmanın genişlənməsini nəzarət altına ala bilməməyimiz səbəbindən müharibəyə sürüklənməyək”, - baş qərargah rəisi vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!