Türkiyə karyeran alınmasın, üstümüzə qayıt, indi də yalanlarla yaşa

22 May 2022 19:00 Problem 1 543
Türkiyə karyeran alınmasın, üstümüzə qayıt, indi də yalanlarla yaşa

Yayda böyük ümidlərlə Türkiyəyə yola saldığımız Vüsal İsgəndərli mövsümün başa çatmasını gözləmədən vətənə (üstümüzə) qayıtdı.

Həmyerlimizin qardaş ölkədə çıxış etdiyi müddətdə iddialı komandaların diqqətini cəlb edəcəyinə, Super Liqa komandalarından təklif alacağına ümid edirdik. Alındıra bilmədi, özünü göstərməkdə çətinlik çəkdi.

İndi də Bakıdadır, növbəti mövsümün planlarını cızır.

Vüsalla danışmaq, keçmişdə yaşananlar haqda öyrənmək, gələcək planlarını bilmək üçün ötən bir həftə ərzində dəfələrlə zəng vurmuşam, mesaj yazmışam.

Bir dəfə “məşqdəyəm, çıxanda zəng edərəm”, o biri dəfə “1-2 məsələ var, baş açılan kimi zəng edəcəyəm” dedi, axırda “bir azdan zəng edəcəyəm, danışaq” söyləyib yoxa çıxdı.

Adam zənglərə cavab vermir. Daha doğrusu, vermək istəmir. Ulduz xəstəliyinə tutulub, yoxsa Türkiyənin aşağı liqasında 5-6 ay top dalınca qaçmağı böyük bir zad bilir, ya nədirsə, dünənə kimi mətbuata açıqlama verməkdən bezməyən futbolçu indi bizdən yan gəzir.

Çox güman, Türkiyə karyerasının uğursuz alınması ilə bağlı deməyə tutarlı sözü yoxdur. Jurnalistin sualının qarşısında dili-matı qurumasın deyə susmağı üstün tutur. Yoxsa kimdir onu yalan danışmağa məcbur edən?

Hələ “Ankara Keçiörengücü” ilə müqavilə bağlayanda klubun adına baxıb sonluğun yaxşı olmayacağını hiss etmişdim.

Təxminimdə yanılmamışammış. Vüsalın orada olduğu müddətdə Ankaranın keçisindən öyrəndiyi güc almaq və yalan danışmağı öyrənmək olub. Güc alıb deyə bu gün mətbuatı-filan vecinə almır. Keçinin gücünə sahiblənib.

Vüsal bizi vecinə almasın, biz də gözləyək. Görək, bu dəfə hansı ölkənin aşağı liqasının keçisinin, öküzünün gücünə bel bağlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"