Azərbaycanlı legioner cəza almamaq üçün belə etdi

21 May 2022 18:00 Problem 862
Azərbaycanlı legioner cəza almamaq üçün belə etdi

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov “Bursaspor”da pul cəriməsi almamaq üçün klubun bazasına yollanıb.

Sportinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ələskərovla yanaşı, Joao Pedro və 5 təcrübəli yerli futbolçu düşərgəyə qayıdıb.

Ancaq adıçəkilən oyunçuların heç biri “Menemenspor”la oyunöncəsi məşqə qatılmayıb. Maraqlıdır ki, onları məşqə çıxmaqdan imtina etdikləri üçün cəza da gözləmir.

Çünki cərimələnməmək üçün əsas şərt bazada olmaqdır. Həmin 7 oyunçudan fərqli olaraq, düşərgəyə qoşulmayan digər əcnəbilər və təcrübəli yerlilərlə bağlı hüquqi prosedura başlanılıb.

“Bursaspor” TFF I Liqasının son tur matçına U-17 və U-19-un oyunçuları ilə çıxacaq.

“Bursaspor” I Liqanı tərk etdiyindən, Namiq Ələskərov da daxil olmaqla bütün əcnəbi oyunçuları ilə müqaviləyə xitam verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR