
Milli Məclisdə Qarabağ Müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib.
Belə bir təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edib.
O, qeyd edib ki, hazırda müharibə veteranlarına verilən müavinətin həcmi 80 manatdır və bu, olduqca azdır:
“Onlara verilən müavinətin minimum istehlak səbəti dəyərində, yəni 202 manat həcmində verilməsi ədalətli olardı”.
Təklif həm birinci, həm də ikinci Qarabağ müharibəsi veteranları ilə bağlı edilib.