"Qarabağ qarış-qarış yenidən qurulur" - Azərbaycanlı nazir

10 May 2022 23:30 Problem 411
"Qarabağ qarış-qarış yenidən qurulur" - Azərbaycanlı nazir

"Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi.

Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi".

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu gün üçrəngli bayrağımız qürürla işğaldan azad edilən torpalarımızda dalğalanır:

"Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır".

Digər Xəbərlər
Xəbər Lenti