"Onun alt paltarını yuyub, kolluqda necə qurutduğunu görərdiz" - ŞİKAYƏT

25 Yanvar 2022 12:20 Problem 750
"Onun alt paltarını yuyub, kolluqda necə qurutduğunu görərdiz" - ŞİKAYƏT

Malavi yığmasının baş məşqçisi Mario Marinika Afrika Kubokunun təşkilini tənqid edib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis şəraitdən şikayət edib və təşkilatçıları bəzi komandalara qarşı diskriminasiyada ittiham edib:

“Səhər yeməyinə süd ala bilmədim, dedilər ki, qurtardı, sabah gələcək. Bizə ikinci dərəcəli insanlar kimi yanaşırlar. Bu, müasir dünyada qəbuledilməzdir.

Sadio Manenin alt paltarını yuyub, kolluqda necə qurutduğunu görərdiz. Komandalara fərqli münasibət göstərilir.

Qida çatmır, davamlı olaraq bundan şikayətlənirik. Amma biz komanda kimi birləşdik, çox çalışdıq və böyük işlər görəcəyik”.

Malavi bu gün 1/8 finalda Mərakeşlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada