Koronavirus ölümlərinin üçdə biri ürəklə bağlıdır

26 Noyabr 2021 16:10 Problem 307
Koronavirus ölümlərinin üçdə biri ürəklə bağlıdır

“COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu bildirib.

O qeyd edib ki, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir. Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır: “COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”.

Mütəxəssis həmçinin COVID-19-un mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olması ilə bağlı sualı da cavablandırıb. Qeyd edib ki, COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir: “Özəlliklə ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürəkdə ən önəmlisi ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Bir əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur ki, xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və ürək dayanmasına qədər gətirib çıxarır”.

Digər Xəbərlər
Xəbər Lenti