Kapitanla bağlı son durum – ÖZÜ AÇIQLADI

23 Oktyabr 2021 09:40 Problem 541
Kapitanla bağlı son durum – ÖZÜ AÇIQLADI

Çempionata iddialı başlayan “Qəbələ” “Keşlə”ylə səfər matçına itkilərlə çıxacaq.

Ötən matçda aldığı qırmızı vərəqəyə görə İntizam Komitəsi tərəfindən 4 oyunluq cəza alan Ehtiram Şahverdiyevdən başqa daha bir futbolçunun meydana çıxması sual altındadır.

Söhbət komandanın kapitanı Asif Məmmədovdan gedir. Bir həftə əvvəl “Zirə” ilə qarşılaşmada zədələnib meydanı matç başa çatmamış tərk edən 35 yaşlı futbolçunun hazırkı durumu qənaətbəxş deyil.

Səbəbkar saytımıza açıqlamasında ayağında ağrıların olduğunu, bazar günkü qarşılaşmada meydana çıxıb-çıxmayacağı haqda dəqiq söz deyə bilməyəcəyini diqqətə çatdırıb. Daha doğrusu, sabahkı müayinədən sonra son durumuna aydınlıq gələcək.

“Keşlə” – “Qəbələ” görüşü oktyabrın 24-ü, saat 16.00-da başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti