Redniki "Xəzər Lənkəran"da kim aldadıb? - "Bu qapıçı yox, müdafiəçidir"

19 Sentyabr 2021 13:00 Problem 1 317
Redniki "Xəzər Lənkəran"da kim aldadıb? - "Bu qapıçı yox, müdafiəçidir"

Bu gün "Qarabağ"ın uğurlarından danışanda bəziləri bunu pula və ya yaxşı əcnəbilərin adına bağlamağa çalışır.

Amma unutmayaq ki, ölkəmizdə "Qarabağ"dan da pullu komandalar az olmayıb.

Elə Oktay Dərəlioğlu, Rasim Kara, Con Toşak kimi simaları ölkəmizə gətirə biləcək pula sahib "Xəzər Lənkaran"ı desək yetər.

Amma o pullar bir işə yaramadı. Çünki idarəetmə səviyyəsi sıfır idi. Əksəriyyətin başı "necə pul yuyum" havasındaydı.

Əslində bu yazdıqlarım yeni sözlər deyil. İllərdi yazırıq, deyirik.

Sadəcə, sabiq "Xəzər Lənkəran rəsmisi Hüseyn Cəbrayıloğlunun sosial şəbəkədəki paylaşımı məni yenidən düşündürməyə vadar etdi. Ki, o boyda camiyə gör kimlərin əlində olub, kimlər idarə edib.

Statusu olduğu kimi yazıram, şərh etmək sizə qalsın...

Sitat: "Mirça Rednik "Xəzər Lənkəran" da çalışanda tələsik bir yerli qapıçı transfer edirlər. Rednik "onsuz da ikinci və ya üçüncü qapıçı olacaq" düşüncəsi ilə fasilə dönəmi olduğu üçün transferə göz yumur.

Amma qapıçını iş başında, məşqlərdə görəndə ətrafına - "məni aldadıblar. Bu dəqiq qapıçı deyil. Ya yarımmüdafiəçidir, ya da müdafiəçi" deyir".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti