“Dəhşətlidir, onunla zarafat etmək olmaz, ikimiz də ölümdən döndük”

3 Sentyabr 2021 17:00 Problem 1 358
“Dəhşətlidir, onunla zarafat etmək olmaz, ikimiz də ölümdən döndük”

“Təxminən 3 həftə əvvəl koronavirusa yoluxduq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Bəhram Şahquliyev deyib.

O, və həyat yoldaşı bir müddət əvvəl ağır vəziyyətdə Quba rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib. B.Şahquliyev bildirib ki, o, hazırda ev şəraitində müailəcəsini davam etdirir, xanımı isə hələ də xəstəxanadadır:

“Əvvəl oğlum Mübarək özünü narahat hiss elədi, sonra simptomlar bizə keçdi. Bir neçə gün evdə dərman qəbul elədik, amma qızdırma aşağı düşmədi.

Quba xəstəxanasına ağır vəziyyətdə getdik. Mənim ağciyərimdə 40 faiz “buzlaşma” əmələ gəlmişdi. Yoldaşımda isə bu faiz 90-a çatmışdı.

Həkimlərin onun sağ qalmasına ümidi yox idi, bunu mənə də demişdilər. Allaha şükür, yenə möcüzə göstərdi, yavaş-yavaş vəziyyəti yaxşılığıa doğru dəyişməyə başladı.

Indi nisbətən düzəlib və yaxınlarda xəstəxanadan çıxmalıdır. Koronavirusu ciddiyə almayanlar çox böyük səhv edir.

Dəhşətli seydir, onunla zarafat etmək olmaz. Açığı, ikimiz də ölümdən döndük.Xəstəlik o qədər ağır keçdik ki...

Məndə hələ də xəstəlik tam keçməyib. Bəzən nəfəs almağa çətinlik çəkirəm, bəzən də öskürək məni boğur.

Gözləyirəm tam keçsin, sonra Bakıya gəlim, komandanın məşqlərində iştirak edim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti