Bu problemin həll yolunu axtarır - Azərbaycanla oyun ərəfəsində

3 Sentyabr 2021 16:00 Problem 1 416
Bu problemin həll yolunu axtarır - Azərbaycanla oyun ərəfəsində

İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycanla sabah keçiriləcək oyun ərəfəsində müdafiə probleminin həll yolunu axtarır.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Portuqaliya ilə qarşılaşmada (1:2) zədələndiyi üçün meydanı tərk edən Dara Oşinin meydana çıxmasına ümidini itirib.

Müdafiəçinin müayinələrinin nəticələri hələ çıxmadığı üçün həkimlər yekun rəy verə bilər. Onun ən yaxşı halda sabahkı matçı buraxacağı qaçılmaz sayılır.

Ona görə də Kenni arxa xətlə bağlı variantları nəzərdən keçirir. Baş məşqçi koronavirusa yoluxan futbolçuların fiziki durumunu yoxlamağa qərar verib.

Kallum Robinson və Alan Braun 10 günlük karantindən sonra məcburiyyətdən yığmaya kömək edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...