Heç şübhəniz olmasın, AFFA rəhbərliyi bəslədiyi jurnalist-trollara (bəzi hacılar müğənni, bunlar da jurnalist saxlayırlar) göstəriş verib artıq.
Deyiblər ki, “bizdə futbolçu yoxdur” yazın. Yoxdursa, özləri və ya De Byazi meydana çıxıb oynamalıdır?
Olsun, razıyıq, bizdə futbolçu yoxdur. Amma elə bu iddianın doğurduğu bir neçə düznəqulu sual yaranır ki, onu AFFA rəhbərliyinə vermək məcburiyyətindəyik.
Birinci sual: Aberdində tarix yazan “Qarabağ”ın start heyətində 7 yerli futbolçu vardı.
Və hələ də şotlandlar o futbolçuların sərgilədiyi möhtəşəm oyundan danışır.
Biz demirik ki, Portuqaliyaya qalib gəlin, biz deyirik ki, heç olmasa, dünyanın ən zəif yığmalarından olan Lüksemburqa qarşı da futbol oynamaq mümkün deyildi? Yəni Aberdindəki kimi.
İkinci sual: Yaxşı, deyək ki, mümkün deyil. Mümkün deyilsə, onda illərdir yığma komandaya xaricdən məşqçi gətirib, onlara milyonlar verməkdə məqsədiniz nədir?
Nə düşmənçiliyiniz var bu dövlət, xalqla ki, onun sərvətini belə səxavətlə əcnəbilərə verirsiniz?
Bilə-bilə ki, nəticə olmayacaq. Bunun adı nədir? Korrupsiya, səriştəsizlik, xəyanət, yoxsa...
BİZ

