"O, mənim karyeramda ən pis məşqçi olub, xoşuna gəlmirdi ki…"

2 Sentyabr 2021 12:20 Problem 924
"O, mənim karyeramda ən pis məşqçi olub, xoşuna gəlmirdi ki…"

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerasının ən pis məşqçisinin kim olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, Lui Van Qalla problem yaşadığını etiraf edib:

“MY-də geyindiyim 7 nömrəli forma mənim üçün sadəcə, forma idi. Baş məşqçi ilə problem yaşayırdım. Mənim karyeramda ən pis məşqçi Van Qal olub.

Qol vururdum, ötürmə edirdim, ertəsi gün isə o, mənim dəqiq olmayan ötürmələrimi müzakirə edirdi. Mənimlə ilk gündən yola getmirdi.

Onun xoşuna gəlmirdi ki, komandada hansısa futbolçu ondan vacib fiqur olsun”.

Di Mariya MY-də 2014-2015-ci illərdə çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...