3 futbolçunun adı siyahıdan çıxarıldı - YENİ PROBLEMLƏR

30 Avqust 2021 16:40 Problem 1 239
3 futbolçunun adı siyahıdan çıxarıldı - YENİ PROBLEMLƏR

Lüksemburq millisinin 3 futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, Marvin Martins, Kris Filipps və Dioqo Pimentel baş məşqçi Lük Holtsun dəvətliləri siyahısından çıxarılıb.

Martins və Fillips zədə üzündən yığmaya kömək edə bilməyəcək. Milliyə ilk dəfə dəvət alan Pimentelin isə koronavirus testi müsbət nəticə verib.

Holts onların əvəzinə "Düdelanj"dan Rikardo Delqado və "Rasinq"dən Duayn Holteri çağırıb. Hər iki oyunçu sonuncu dəfə 2017-ci il noyabrın 9-da Macarıstanı 2:1 hesabı ilə yendikləri görüşdə iştirak ediblər.

Lüksemburq sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Sentyabrın 4-də Belqradda Serbiyaya qonaq olacaq "cırtdanlar" sentyabrın 7-də Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti