Samir Abasov Qurban Qurbanovdan nələri öyrənməlidir?

29 Avqust 2021 16:00 Problem 1 945
Samir Abasov Qurban Qurbanovdan nələri öyrənməlidir?

Məşqçi amilindən danışaq.

Qurban Qurbanovun komanda ilə gördüyü işin keyfiyyəti o qədər yüksəkdir ki, bu səbəb digər üstünlüklərin həyata keçməsinə böyük kömək edir.

Adətən, nəticə futbolçuların oyun davranışlarına sonradan təsir edir. Lakin Qurbanov hesabın nəticəsinə fikir vermədən, sərəncamındakılara soyuqqanlı oyunlarını sona kimi qorumağı aşılayıb.

Belə bir vəziyyətdə oyunun nizam-intizamı da axıra kimi qorumağa çalışılır. Deyərdik ki, «Aberdin» üzərindəki qələbədə bu amilin rolu çox böyük oldu.

Fiaskolu nəticələr, əsasən, oyun nizamı pozulanda baş verir, nəinki bir komandanın digərindən daha güclü olmasına görə.

«Neftçi» Bakıda «Makkabi»yə qarş keçirdiyi ilk pley-off matçnın gedişində 3-1 hesabı ilə irəli çıxanda, hələ qarşıda oyunun 20 dəqiqəsi və növbəti görüşün, deyək ki, 90 dəqiqəsi qalırdı.

Belə məsuliyyətli oyunlarda bu üstünlük böyük qiymətləndirilir. Qalırdi qalan vaxtı ustalıq səviyyənin, təcrübənin, yüksək iradi keyfiyyətlərin hesabına daha nizamlı keçirmək və sonda uğura sahıb olmaq.

Onlar nə etdilər? Belə bir anda qırmızı vərəqə almaqla şanslarını çətinləşdirdilər.

Adi oyunda bu hal yaşansa, başadüşülən olar. Axı bundan əvvəlki mərhələdə də «Neftçi»nin oyunçuları qırmızı vərəqə almaqla vəziyyətini pisləşdirdi.

Bu cür mötəbər turnirlərdə eyni sənvləri ardıcıl buraxan komandanın qrup mərhələsində nə işi var? Demək, Samir Abasov nizam-intizam və «Neftçi»yə xas oyun stilinin yaradılması üzərində hələ çox işləməlidir.

Hər bir futbolçunun oyununun istədiyi kimi alınması həmişə baş vermir Bu zaman oyunçu yoldaşlarının dəstəyi çox önəmlidir.

«Qarabağ»ın «Aberdin»lə duelində sol cinah sahibləri - Abdulla Zubir ilə Toral Bayramovun birlikdə hücum qurmasında birincinin texniki səhvindən hücum alınmır və bunu oyunçular çox səmimi aydınlaşdırırlar.

Təcrübəli legionerin yerli bir gəncə belə dəstəyi onu da inamlı oynamağa sövq edir. Düzgün və inamlı oyun elə təcrübə deməkdir, hərçənd, həmin futbolçu yaşda gənc olsa da.

Bu hal komandada olan yüksək atmosferin təzahürüdür. Həmin vaxt hesab elə də böyük deyildi. Amma bu amil «Neftçi»də görmək istədiyimiz səviyyədə deyil.

Halbuki böyük uğurlar əldə etmək üçün kiçik detallara belə, fikir vermək mütləqdir.

Məhz bu kiçik və böyük detallar fərqinə varılmadan komandada qorunduğu üçün Quban Qurbanov neçə illərdir ki, Azərbaycan futbolunun ayıbını ört-basdır edərək, Avropa səhnəsində haqqımızda xöş təsəvvürlər yaradır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti