"Heç kim yeni müqavilə barədə bir şey demədi, bu, məni məyus etdi"

29 Avqust 2021 21:40 Problem 972
"Heç kim yeni müqavilə barədə bir şey demədi, bu, məni məyus etdi"

“Çelsi”nin futbolçusu Tyaqo Silva açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi keçmiş klubu PSJ-nin 35 yaşlı Serxio Ramosla müqavilə imzalamasına münasibət bildirib:

“Ramosa heç bir kinim yoxdur. PSJ ona iki illik müqavilə təklif edəndə, 35 yaşında idi. Mən o yaşda Parisi tərk etdim.

Heç kim mənə yeni müqavilə barədə bir şey demədi. Yaşıma görə komandadan göndəriləcəyimi düşündüm.

Həqiqətən, bu, məni məyus etdi. Sanki PSJ üçün heç nə etməmişdim”.

Silva 2012-2020-ci illərdə PSJ-də çıxış edib. 36 yaşlı müdafiəçi ötən ilin avqustunda “Çelsi”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...