Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı

28 Avqust 2021 01:52 Problem 1 105
Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı

Danimarka millisinin kapitanı Simon Kyaer və həkimləri mükafatlandırılıblar.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən şəxslərə UEFA Prezidenti Mükafatı verilib.

Mükafatı qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin təqdim edib.

Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.

Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...