ATA FƏRYAD ETDİ: “Bu, oğlumu cəzalandırmaq üçün qurulma bir oyun idi” - FOTO

27 Avqust 2021 01:30 Problem 1 145
ATA FƏRYAD ETDİ: “Bu, oğlumu cəzalandırmaq üçün qurulma bir oyun idi” - FOTO

“Sabah oğlumun dopinq məsələsinə İsveçrədə İdman Arbitraj Məhkəməsinin hakimləri tərəfindən baxılacaq.

Nicat Lozanna şəhərinə getməyib. Pandemiyaya görə, dinlənmə prosesi onlayn baş tutacaq. Nicat internet görüntü ilə qoşulacaq”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a Qazaxıstan millisinin Azərbaycan əsilli ağırlıqqaldıranı Nicat Rəhimovun atası Əli Rəhimov bildirib.

“Bu məhkəmə prosesi yekun olacaq. Qərar isə 1-2 həftə sonra açıqlanacaq.

Onu dopinq test nümunəsini saxtalaşdırmaqda ittiham edirlər. Deyirlər ki, guya sidik nümunəsini gətirib verən adam o olmayıb və başqasının sidik nümunəsi təqdim olunub.

Əslində, burda test götürən qurumun öz səhvi var. Testi gətirib təhvil verəndə bəyəm əməkdaşı soruşmur ki, sən kimsən?

Sadəcə, Nicatı cəzalandırmaq üçün qurulmuş bir oyun idi. Məqsəd onun Tokio Olimpiadasına gedən yolunu kəsmək idi. Buna da nail oldular”, – deyə ata Rəhimov bildirib.

Nicat Rəhimov bu ilin yanvarında 2016-cı ildə sidik nümunəsini dəyişdirməkdə ittiham olunduğu üçün yarışlardan kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti