Koronavirusa yoluxdu – Bu hücumçu Azərbaycanla oyunu buraxacaq

27 Avqust 2021 13:40 Problem 1 059
Koronavirusa yoluxdu – Bu hücumçu Azərbaycanla oyunu buraxacaq

İrlandiya millisinin futbolçusu Kallum Robinson sentyabrda keçiriləcək seçmə oyunlarında iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna hücumçunun koronavirusa yoluxması səbəb olub.

Robinsonun xəstələnməsini çıxış etdiyi İngiltərə təmsilçisi “Vest Bromviç” açıqlayıb. Robinson digər komanda yoldaşı ilə birlikdə təcrid olunaraq karantinə alınıb.

Pandemiya dövründə ikinci dəfə yoluxan forvard Portuqaliya və Azərbaycanla görüşləri buraxmalı olacaq.

O, ötən il İngiltərə, Uels və Finlandiya ilə görüşlərdə də koronavirus səbəbindən yığmadan kənar qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...