Qadın futbolçular ər tapa bilmirlər – Prezident gileyləndi

25 Avqust 2021 01:10 Problem 1 851
Qadın futbolçular ər tapa bilmirlər – Prezident gileyləndi

Tanzaniya prezidenti Samiya Suluhu ölkənin 23 yaşadək kişilərdən ibarət futbol millisini qəbul edib.

Sportinfo.az xəbər verir ki, prezident görüş zamanı qadın komandanın üzvləri haqda da danışıb.

O, qadın futbolçuların ərə getməkdə problemlər yaşadığını vurğulayıb:

“Əgər biz onları bu salona dəvət etsək, döşləri kiçik olanları kişilərlə dəyişik sala bilərsiz. Görünür, ailə həyatı onlar üçün bir xəyaldır.

Bilirəm ki, qadın yığmasında evli futbolçular da var. Amma bəziləri bunu heç vaxt edə bilməyəcəklər.

Qadın futbolçular ailə qurmaqda çətinlik çəkirlər. O qızlardan bəziləri, yəqin ki, heç vaxt ailə qurmayacaq”.

Prezidentin dedikləri feministləri qəzəbləndirib. Onların fikrincə, belə açıqlama bütün dünyada qadınları alçaldır.

news_image

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...