“Neftçi” rəhbərliyi Namiqə yeni problem yaratdı, 50 mindən imtina etdi – ŞOK GƏLİŞMƏ!

23 Avqust 2021 15:00 Problem 2 865
“Neftçi” rəhbərliyi Namiqə yeni problem yaratdı, 50 mindən imtina etdi – ŞOK GƏLİŞMƏ!

"Neftçi"ni "Bursaspor"a dəyişən Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov yeni komandasının heyətində Türkiyə I liqasının 2-ci turunun oyununu da buraxacaq.

Buna səbəb Bursa təmsilçisinin 26 yaşlı yarımmüdafiəçini sifariş edə bilməməsidir.

Oyunçu "Erzurumspor"la matç üçün səfərə aparılsa da, meydana çıxa bilməyəcək. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

"Bursaspor"la 2+1 illik müqavilə imzalayan Namiqin üzləşdiyi problem “Neftçi” rəhbərliyindən qaynaqlanır. Konkret desək, bu, Kamran Quliyevin “əməy”idir.

Klub prezidenti özünün etiraf etdiyi kimi, futbolçunun ayrılıq qərarını qəbullana bilmir və indi də hər vəchlə çalışır ki, keçidin rəısmiləşmə dönəmini ləngitsin.

O, bunu necə edir? “Neftçi” rəhbərliyinin iddiasına görə, Namiq klubla müqavilənin birtərəfli ləğvi üçün tələb olunan 50 min avronu onlara ödəməyib.

Halbuki,futbolçu ailəsini qardaş ölkəyə aparmamışdan öncə göstərilən məbləği klubun bank hesabına köçürüb. O, işini ehtiyatlı tutaraq, Mərkəzi Bankdan köçürməyə dair sənəd də alıb.

“Neftçi”nin bank hesabı “Rabitəbank”da yerləşir. Adıçəkilən bankın real sahibinin kim olması isə çoxdan mətbuata sızıb.

Dövrü mediada yazılanlardan belə məlum olur ki, “Rabitəbank”ın “çətir”i SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova gedib çıxır. Bu şəxs isə 2015-ci ildən sonra paytaxt klubunun kuratoru olaraq bilinir.

Mərkəzi Bankdan Namiq Ələsgərova təqdim edilən sənəddə göstərilib ki, “Rabitəbank” 50 min avronu qəbul edib və vəsait klubun buradakı hesabına yatırılıb.

Daha sonra isə “Rabitəbank”dan növbəti bildiriş gəlib.

Bank “Neftçi”nin bu pulun qəbulundan imtina etməsi barədə Mərkəzi Bankı məlumatlandırıb. Onlar da öz növbəsində Namiqə bununla bağlı xəbərdarlıq məktubu göndərib.

Məsələ, baxın, beləcə saqqız kimi uzanır, legioner həyatı yaşamaq istəyən millinin futbolçusu isə “Neftçi” idarəçiliyinin şıltaqlığının əziyyətini çəkir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti