"Aberdin"in 2 futbolçusu "Qarabağ"la cavab oyununda meydana çıxmayacaq

23 Avqust 2021 14:20 Problem 896
"Aberdin"in 2 futbolçusu "Qarabağ"la cavab oyununda meydana çıxmayacaq

"Aberdin"in futbolçuları Rayan Heces və Endryu Konsidayn "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Şotlandiya komandasının baş məşqçisi Stiven Qlass yerli mətbuata açıqlamasında deyib.

45 yaşlı mütəxəssis hər iki oyunçunun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.

Qlass digər zədəli futbolçu Konnor Maklennanın durumunun hələlik bəlli olmadığını bildirib: "Qarabağ"la qarşılaşmanın atmosferinə cavab verə biləcək bir neçə oyunçumuz var. Həmin görüşü səbrsizliklə gözləyirik".

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...