“Neftçi”nin baş məşqçisi hücumçu axtarır, amma...

21 Avqust 2021 21:00 Problem 2 024
“Neftçi”nin baş məşqçisi hücumçu axtarır, amma...

Bu, başqa bir səviyyədir.

UEFA Konfrans Liqasını yeni yaradıb və hələlik 3-cü kateqoriyalı turnir sayılır.

UEFA bu turniri yaratdı ki, Avropa Liqasının nüfuzunu bir qədər artırsın. Biz az keçsin, avropalı futbol başbilənləri daha bir ideya üzərində işləməli olacaq.

Konfrans Liqasının ardınca, daha bir yarış bucağı ərsəyə gətirmək barədə düşünəcəklər. Və Azərbaycan kimi futbolu zəif statuslu ölkələrin çempionatlarında

ikinci-üçüncü yeri tutanları, kuboku qazananları ora “sürgün edəcək”. Görəcəklər ki, yox e, qaş düzəldən yerdə vurub göz çıxarıblar, futbolu ilbəil geriləyən ölkələrin klubları üçün Konfrans Liqası da çoxdur.

UEFA-nın burada iştirakını məqbul hesab etdiyi komandaların adlarına baxırsan və istər-istəməz fikirləşirsən: onlar hara, bizimkilər hara!

Fərq dağ-dərə fərqidir. Azərbaycan çempionatı istənilən hadisəyə açıqdır – bir addım irəli, bir addım geri gedə bilərsən.

Konfrans Liqası kimi yarışda mübarizə aparmaq onunla müqayisəyə gəlməz.

“Makkabi” ilə Bakıdakı qarşılaşmada baxdıq ki, “Neftçi”nin hücum xətti nə qədər “diş”lidirsə, arxa zona bir elə zəifdir.

Komanda artıq 5 oyundur avrokuboklarda qələbəyə möhtacdır.

Yola Çempionlar Liqası ilə çıxan, uduza-uduza Avropa Liqasına, oradan da Konfrans Liqasına düşən “Neftçi”nin bir tək “Dinamo” üzərində qalibiyyətlə kifayətlənməsinin səbəbi Samir Abasovun etimad göstərdiyi futbolçuların səviyyəcə bir-birləri ilə ayaqlaşmamasıdır.

Bu müdafiə xətti «canlı bomba»dır və biz xüsusən HİK-lə qarşılaşmalarda təhlükənin miqyasını görmüşük. «Makkabi» Aqil Məmmədovun qoruduğu qapıının torunu 3 dəfə silkələdi, «o, inamlı deyildi» deyirik, bu yandan da təhlükəli epizodların sayını siyahıya almırıq.

Ortalama 6-7 fraqment oldu ki, Aqi üç dostu – qapı tiri və dirəkləri ilə birləşib, rəqibin fərqə getməsini önlədi.

Stankoviç-Mbodj-Çelik triosu komandann «axil dabanı»dır və Samir Abasov tez-tez «mənə yeni hücumçu lazımdır» bəyanatları verməkdənsə, yaxşı olar ki, üçüncü zonanın qayğısına qalsın.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti