Qasımov koronavirusa yoluxdu və kənarlaşdırıldı

21 Avqust 2021 16:20 Problem 756
Qasımov koronavirusa yoluxdu və kənarlaşdırıldı

Azərbaycanın paracüdoçusu Ramil Qasımov Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı idmançıdan götürülmüş koronavirus testi müsbət nəticələnib.

Paralimpiya çempionunun təkrar test nümunəsi də pozitiv çıxıb. O, Tokioda karantinə alınıb və yarışdan kənarlaşdırılıb. Qasımov karantin rejimi bitdikdən sonra Bakıya qayıdacaq.

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə infeksiya aşkarlanmasa da, onlar yüngül karantin rejiminə yerləşdirilib. Cüdoçulardan gündəlik test nümunələri götürüləcək.

Ramil Qasımov 2016-cı ildə Rio paralimpiadasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...