Xaricdə vaksin olunanların COVID pasportu tanınacaqmı?

20 Avqust 2021 21:10 Problem 1 364
Xaricdə vaksin olunanların COVID pasportu tanınacaqmı?

"Xaricdə yaşayan, orada koronavirus infeksiyasına qarşı vaksinasiya olunmuş şəxslərin COVID-19 pasportunun Azərbaycanda keçərli olub-olmaması Səhiyyə Nazirliyi tərəfindən yoxlanacaq".

Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”nun sualına cavab olaraq Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, müvafiq yoxlamadan sonra həmin şəxsin sənədi sistemə daxil edilə bilər:

“Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var. Əgər kimsə xaricdə peyvənd olunubsa və sertifikatı varsa, həmin qaynar xəttə müraciət edib sənədlərini təqdim etməlidir. Səhiyyə Nazirliyi buna baxacaq və əgər uyğundursa, sistemə daxil olunacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...