Restoran və hotellərə girişdə COVID pasportu necə yoxlanılacaq?

20 Avqust 2021 16:50 Problem 617
Restoran və hotellərə girişdə COVID pasportu necə yoxlanılacaq?

“Sentyabrın 1-dən kafe-restoran, hotel və iaşə obyektlərində COVID pasportu yoxlanılacaq.

Bunun üçün ASAN xidmət tərəfindən mobil tətbiq hazırlanıb. Həmin yerlərin işçiləri bu sistemdən istifadə edə biləcəklər”.

Sportinfo.az xəbər verir ki, bunu ASAN xidmətin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, mobil tətbiq proqram vasitəsilə COVID pasportunu yoxlaya biləcəklər: "Həm pasport, həm də şəxsiyyət vəsiqəsi məlumatları əsasında bu yoxlanılacaq.

Vətəndaşdan xüsusi prosedur tələb olunmur. Yalnız xahiş odur ki, pasport üzərlərində olsun. Yaxud da şəxsiyyət vəsiqəsi məlumatlarını deməklə yoxlamaq mümkündür.

Yeganə xahiş bu cür məkanlar üçün peyvənd olunmayanların peyvənd olunmasıdır. Həmin obyektlərdə yoxlamanı həyata keçirən şəxslər slayddan baxa bilər. 9108 çağrı mərkəzinə də müraciət edə bilərlər".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...