AMADA-nın direktoru: “İdmançılarımız bu gün Tokioya təmiz yollanıb”

17 İyul 2021 16:40 Problem 435
AMADA-nın direktoru: “İdmançılarımız bu gün Tokioya təmiz yollanıb”

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə görüş keçirib.

Sportinfo.az xəbər verir ki, tədbiri açıq elan edən qurumun direktoru Şəfəq Hüseynli mətbuat işçilərini təbrik edib.

Milli mətbuatın yaranma tarixindən söz açan AMADA-nın rəhbəri 44 günlük Vətən Müharibəsindən də danışıb. O xatırladıb ki, qələbəmizlə başa çatan döyüşlərdə KİV nümayəndələri də şücaət göstəriblər.

Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanan milli komandanın hazırki durumuna da aydınlıq gətirib. O, lisenziya qazanan idmançılarda hansısa problem olacağına inanmadığını deyib:

"Bu il dopinq nəzarəti və hazırlıq baxımından fərqli oldu. Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə birlikdə lisenziyaçılarımızla tez-tez test keçirdik.

Əvvəlki olimpiada ilə müqayisədə deyə bilərik ki, idmançılarımız bu gün Tokioya təmiz yollanıblar. Bu işdə federasiyalar bizə lazımı dəstəyi göstərdilər".

Digər Xəbərlər
Xəbər Lenti