”Bazar günü səhər oyanıb, 4 milyard dollara Super Liqa yarada bilmərik”

13 İyun 2021 23:20 Problem 801
”Bazar günü səhər oyanıb, 4 milyard dollara Super Liqa yarada bilmərik”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

Sportinfo.az “insideworldfootball.com”a istinadən xəbər verir ki, AÇ-2020-nin Bakıdakı oyunları haqda danışan Məmmədov bir müddət əvvəl yaradılan və tez dağılan Avropa Super Liqası layihəsindən söz açıb:

“Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun böyüməsi üçün böyük vəsait ayırır.

Bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər. Bazar günü səhər oyanıb, strategiyasız və 4 milyard dollara Super Liqa yarada bilmərik”.

Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər klublar yarışdan imtina edibr.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular