Millinin futbolçuları diz üstə çökməyəcək

13 İyun 2021 00:14 Problem 1 997
Millinin futbolçuları diz üstə çökməyəcək

Şotlandiya millisinin futbolçuları AVRO-2020 oyunlarından əvvəl diz üstə çökməyəcəklər.

Sportinfo.az xəbər verir ki, bu qərar yığmanın iclasında verilib.

UEFA-nın tövsiyəsinə uyğun olaraq turnir zamanı matçlardan əvvəl oyunçular diz üstə çökərək irqçiliyə etiraz edəcəklər. Şotlandiya millisinin kapitanı Endi Robertson isə buna ehtiyac duymadıqlarını açıqlayıb:

“İrqçilik məsələsini həll etməyin, insanların düşüncə tərzini və davranışını dəyişdirməyin zəruriliyi barədə danışmağa davam etməyimiz daha vacibdir”.

Şotlandiya AVRO-2020-nin C qrupunda Çexiya, İngiltərə və Xorvatiya ilə qarşılaşacaq. Britaniya təmsilçisi ilk matçını iyunun 14-də Çexiyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”