UEFA prezidenti AÇ-nın bir neçə ölkədə keçirilməsinə qarşı çıxdı

12 İyun 2021 17:50 Problem 1 069
UEFA prezidenti AÇ-nın bir neçə ölkədə keçirilməsinə qarşı çıxdı

“Avropa çempionatının startına şadıq. Bu, tunelin sonunda işıq, ümid verir”.

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı qurum başçısı buğun start götürən AVRO-2020 barədə fikirlərini bildirib. O, qitənin 11 şəhərində, o cümlədən Bakıda keçirilən yarışın müxtəlif ölkələrdə təşkilindən narazılığını gizlətməyib:

“Futbol insanlara ümid bəxş edir. Bu, bizim üçün vacibdir. Turnirin bir neçə ölkədə keçirilməsinə gəlincə, mən belə formulu dəstəkləmirəm. Düşünmürəm ki, yaxın gələcəkdə yenə belə edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”