“Şuşada müqavilə imzalayacağıq” - Ərdoğan

12 İyun 2021 02:10 Problem 1 248
“Şuşada müqavilə imzalayacağıq” - Ərdoğan

“ABŞ səfərindən sonra Azərbaycana, Füzuliyə səfər edəcəyik. Oradan da qardaşım İlham Əliyevlə Şuşaya gedəcəyik”.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscid açılışında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“İki ölkə olaraq müqavilə imzalayacağıq. Bu, hərtərəfli müqavilə olacaq. Milli oyunu birlikdə izləyəcəyik”, - deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AVRO- 2020” çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək. Matç iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”