Mübariz Mənsimov: "Qəbul etmirik, boş sözdür: bu qədər bəsit..."

10 İyun 2021 12:40 Problem 1 826
Mübariz Mənsimov: "Qəbul etmirik, boş sözdür: bu qədər bəsit..."

“ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatın heç bir tarixi əsası yoxdur“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran“ın fəxri prezidenti Mübariz Mənsimov sosial şəbəkə hesabında qeyd edib.

Tanınmış azərbaycanlı iş adamı bidirib ki, Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman yayınmayıb və hər zaman tarixçilərə müraciət edərək arxivlərin açılmasını tələb edib:

“Buraxın, tarixçilər bunu araşdırsın” deməsi və 3-cü ölkələrə arxivlərini açması da buna sübutdur. Amma ermənilər heç bir zaman bununla razılaşmayıb.

Ermənilər və onları əllərində alət edən böyük dövlətlər 24 aprel tarixini siyasi məqsədləri və Türkiyəyə qarşı şantaj üçün istifadə ediblər.

Haylar hər il bu tarixdə diqqəti öz üzərlərinə çəkə biliblər. Və nəhayət, “soyqırım” sözünü Baydendən də eşitdirdilər. Dincəldilər”.

M.Mənsimov qeyd edib ki, ermənilər qulaqlarını açıb eşitsinlər: biz Xocalını unutmamışıq və heç vaxt unutdurmayacayıq:

“1992-ci ildə Xocalıda törədilmiş vəhşiliyi, vandallığı, soyqırım cinayətini məhz onlar törətdilər. Bu qədər sübutlar, şəkillər, videolar, canlı şahidlər var.

Faktları erməni faşist rəhbərləri özləri də etiraf edir, amma dünya onu soyqırım kimi qəbul etmir! Dünya erməni vəhşilərinin Xocalıda törətdiyi soyqırıma susur.

Bayden isə erməni yalanına susa bilməzdi, çünki seçicilərinə söz vermişdi. Və sözünü tutdu. Biz də ABŞ prezidentinin “soyqırım” sözünü qəbul etmirik.

Sözdür də. Bu qədər bəsit”.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu