ABŞ Qarabağla bağlı hər iki tərəfə yeni təklif irəli sürdü

9 İyun 2021 13:50 Problem 2 460
ABŞ Qarabağla bağlı hər iki tərəfə yeni təklif irəli sürdü

“Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular üzrə danışıqlar aparılıb: energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin, regionda təhlükəsizlik”.

Sportinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir.

Riker deyib ki, ABŞ hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez obyektiv danışıqlara başlamağa çağırır.

O əlavə edib ki, ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”